Haqqımızda
KristalTV.az saytı “Tovuz X Teleradio Company” MMC-nin tərkibində 27.06.2023-cü ildən fəaliyyət göstərir.
Kristal TV ilkin vaxtlarda YouTube, Facebook və digər sosial şəbəkələrdə canlı yayımlanır. Eyni zamanda kristaltv.az saytından birbaşa canlı yayımlar həyata keçiriləcək. Bu səbəbdən ən son texniki avadanlıqların alınmasına və quraşdırılmasına başlanılmışdır.
İlkin məqsəd ölkənin Qərb bölgəsində və bütün regionda yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramlar çatdırmaqdır. Kanal gün ərzində 16 saat efir yayımı həyata keçirmək gücünə malikdir. Televiziyanın aylıq efir müddətinin 60%-ni yerli verilişlər, qalan 40%-ni isə xarici proqramlar təşkil edir.
Telekanalımız yuxarıda göstərilən loqo altında fəaliyyət göstərir.
Məqsəd əhali üçün gündəlik ictimai-siyasi xəbərlər, bədii-əyləncəli proqramlar, uşaqlar üçün cizgi filmlər, ədəbi-bədii, o cümlədən tənqid-təbliğ xarakterli verilişlər və video filmlərin yayımlanmasıdır.
Biz sizi həmçinin idarə, təşkilatlar, QHT-nı güc strukturları və partiyaları bizimlə aktiv əməkdaşlığa dəvət edirik.
“Tovuz X Teleradio Company” MMC-nin təsisçisi və rəhbəri Xəyal Sahib oğlu Quliyevdir.
Telekanalmız yuxarıda göstərilən Logo altında faliyyət göstərir.