Avropanın XİN başçıları Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmağa razılaşıblar

Avropanın XİN başçıları Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmağa razılaşıblar

Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmaq barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Biz Qırmızı dənizdə Avropa missiyasının yaradılması ilə bağlı razılığa gəldik və bu missiyanın hansı imkanlarına malik olduğunu müzakirə etdik”, - Borrell bildirib.

Bundan əvvəl “Politico” məlumat yayıb ki, Aİ naviqasiya təhlükəsizliyini təmin etmək üçün dəniz missiyası çərçivəsində Qırmızı dənizə üç esmines və ya güclü hava hücumundan müdafiə sistemləri olan freqat göndərmək niyyətindədir.

Missiyanın ticarət gəmilərini husilərin artan hücumlarından qoruyan digər ölkələrin qüvvələri ilə birlikdə çalışacağı gözlənilir.

Oxşar xəbərlər