Gün ərzində neçə addım atmalıyıq?

Gün ərzində neçə addım atmalıyıq?

Bir çox mənbələrdə sağlam və fit qalmaq üçün gündə 10 min addım atmağın vacib olduğu deyilir. Lakin yeni araşdırmalar göstərir ki, bu deyilənin əksinə olaraq, addımların sayı deyil və hər zaman aktiv olmaq önəmlidir.

 

"Qafqazinfo"nun məlumatına görə, "European Journal of Preventive Cardiology" jurnalında dərc edilən bir araşdırmada deyilir ki, gündə ən az 3967 addım atmaq hər hansı səbəbdən ölüm riskini azaldır.

 

"JAMA Neurology" jurnalında dərc edilən başqa bir araşdırma gündə cəmi təxminən 8900 addımın yüksək risk altında olan insanlarda idrak qabiliyyətinin azalması prosesini yavaşlatdığını göstərir.

 

Sonda isə tədqiqatçılar belə nəticəyə gəliblər ki, sağlamlığı qorumaq üçün hər gün ən azı 2337 addım atılmalıdır.

 

Həqiqətənmi bu faydaları görmək üçün bu qədər addım atmalıyıq?

 

İdman və Sağlamlıq Fizioloqu Lindsay Bottoms mövzu ilə bağlı belə deyir: "Addım hədəfləməkdənsə, insanların oturma vaxtlarını qısaltması və aktiv olması daha yaxşı olar. Onlara gündə 10-20 min addım hədəf qoymağı tövsiyə etməzdim. Ancaq mümkün qədər çox addım atmağı və oturaq həyat tərzini azaltmağı xüsusilə vurğulayıram".

 

Qeyd etmək lazımdır ki, gəzinti zamanı atdığımız addımların sayından əlavə fiziki fəaliyyətin artırılması ürək-damar sisteminin sağlamlığına, çəkinin idarə olunmasına, əhval-ruhiyyənin yaxşılaşmasına, daha yaxşı yuxuya və koqnitiv funksiyanın artmasına kömək edir.

 

Gəzinti demansiya və xərçəng kimi bəzi xroniki xəstəliklərin riskini azalda bilər. Tədqiqatlar göstərir ki, istənilən idman növü immunitet sistemimizi dəstəkləyə və psixi sağlamlığımızı gücləndirə bilər.

Oxşar xəbərlər