Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır.
Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:
1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın.
2. Mütləq imsak vaxtı oyanıb qidalanmağa çalışın. Bu zaman süd, qatıq, pendir kimi yüngül qidalardan istifadə olunmalı, tərəvəz və zeytun yağı ilə hazırlanmış yeməklərə üstünlük verilməlidir.
3. İftara pendir, pomidor, zeytun, şorba kimi yüngül yeməklərlə başlamalı, 10-15 dəqiqə sonra az yağlı ət, tərəvəz yeməyi yeyilməlidir.
4. Gündəlik 2-2.5 litr su içməyə çalışmaq lazımdır. Ayran, təzə sıxılmış meyvə suları içməyə diqqət edilməlidir.
5. İftarda həddindən artıq şərbətli, yağlı şirniyyatlar yerinə pudinq, sütlaç kimi yüngül şirnilərə üstünlük verin.
6. Yeməkləri sürətli yeməkdən qaçmalı və həzm problemi yaranmasın deyə çeynəyərək, yavaş-yavaş yeməlisiniz.
7. İftar zamanı böyük boşqab yerinə daha kiçik boşqab götürərək özünüzü daha az yeməyə uyğunlaşdıra bilərsiniz.
8. İftardan sonra televizorun, kompüterin qarşısına keçmək əvəzinə gəzməyə üstünlük verilməlidir.
9. Yeməklərin bişirilmə üsullarına da diqqət yetirməkdə fayda var. Qovrulmuş, hisə verilmiş, qızardılmış qidalardan uzaq durmalı, qaynatma, sobada bişirilən yeməklərə üstünlük verilməlidir.
10. Qidalanma sistemindəki dəyişikliklə əlaqədar olaraq qəbizlik yaranmasın deyə tərəvəz, paxlalı bitkiləri seçmək, qoz, fındıq, badam kimi çərəzlərdən istifadə etmək lazımdır.