Alma ən məşhur meyvələrdən biridir. Bəziləri qabığı ilə, bəziləri isə qabıqsız yeməyə üstünlük verir. Almanı qabığı olmadan istehlak etmək istəyənlər, alma ilə şirniyyat hazırlayanlar qabığını adətən soyandan sonra atırlar.
Məlumata əsasən, alma qabığının bir çox faydaları var. Alma sağlamlıq üçün ən faydalı meyvələr sırasındadır. Tərkibində A, B6, C, E və K vitaminləri, kalium, dəmir və fosfor mineralları olan alma istehlakı gündəlik qida ehtiyaclarını qarşılamaqda güclü köməkçidir. Özündə şəfa mənbəyi olan almanın özü kimi qabığının da sağlamlığa müəyyən faydalar var. Almanın düzgün istehlakı qabığı ilə olsa da, istəsəniz alma qabığını ayırıb bitki çayı hazırlaya bilərsiniz. Alma qabığını suda qaynadıb içsəniz, faydalarından asanlıqla görə bilərsiniz.
Alma qabığını qaynadıb içməyin faydaları bunlardır: Həzmi tənzimləyir: Alma qabığında sağlam pəhriz lifləri var. Alma qabığı çayının hazırlanması tərkibindəki sağlam liflər və fitokimyəvi maddələr sayəsində həzmi tənzimləməyə kömək edir. Alma qabığındakı liflər bağırsaq hərəkətliliyini artırır və qəbizlikdən qoruyur. Eyni zamanda onun tərkibindəki fitokimyəvi maddələr həzm fermentlərini aktivləşdirir və bununla da həzmi tənzimləyir.