Bu avtomobillər kəskin UCUZLAŞDI

 Bu avtomobillər kəskin UCUZLAŞDI

Məlumata görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"in təsdiq edilməsi haqqında qərarda əksini tapıb. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.

Bu qərar taksi fəaliyyəti ilə məşğul olan və 15 ildən artıq müddəti keçən avtomobil nəqliyyatı vasitələrinin qiymətinə necə təsir edəcək? Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb.

XƏbərə görə, məsələ ilə bağlı açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elnur Sərdarlı taksi fəaliyyəti ilə məşğul olanların, əsasən, "Toyota Prius" markalı avtomobillərdən istifadə etdiyini bildirib.

Oxşar xəbərlər