Nigeriyada katolik məktəbindən terrorçular tərəfindən qaçırılan 300 şagirddən 50-si qaçmağa müvəffəq olub.
Kristal Tv- in məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) Nigeriyanın Xristianlar Assosiasiyasına istinadən xəbər yayıb.
"Xoş xəbər aldıq: 50 şagird qaçıb, valideynlərinin yanına qayıdıb", - agentlik təşkilatın bəyanatına istinadən bildirib.
Xatırladaq ki, noyabrıın 20-dən 21-ə keçən gecə cinayətkarlar Nigeriyanın qərbindəki Niger ştatındakı Müqəddəs Məryəm Katolik Məktəbinə hücum edib və 12 müəllim də daxil olmaqla 303 nəfəri zorla qaçırıblar.