Sevgi dolu müəllim, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Sevgi dolu müəllim, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Cəmiyyət müəllim əməyinin sayəsində formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa sahib olan insanlar yetişir. Təsadüfi deyilməyib ki, cəmiyyətlərin sivilizasiya səviyyəsi məhz müəllimə verilən dəyərlə ölçülür. Gərək şagirdinə dəyər verəsən ki, dəyərli olasan...

Dəyərli müəllimlərdən olan Aynurə Abdullayevanın doğum gününə həsr olunan kiçik məqaləni təqdim edirik:

Abdullayeva Aynurə Cahangir qızı 28 mart 1987-ci ildə dünyaya göz açmışdır. Onun hələ uşaq yaşlarında ikən daim qurub-yaratmaq həvəsi böyüdükcə daha da dərinləşir və hədəfə çevrilirdi. Beləliklə, ali təhsilini uğurla başa vurduqdan sonra Laçın rayon 5 saylı tam orta məktəbin ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyə başlayır. 2005-ci ildən indiyədək həmin məktəbin fidan balalarına böyük coşğu ilə, yoruldum, demədən təlim-tərbiyə keçir. Bundan başqa, o, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə də aktivliyinə görə seçilir, nümunəvi fəaliyyətlər nümayiş etdirir.

Aynurə Abdullayeva həmçinin, özəl bağça olan “Nur Academy” Tədris Mərkəzinin rəhbəridir.

Sevgi dolu müəllim, bənzərsiz rəhbər, ləyaqətli dost, enerjisi bitib-tükənməyən Aynurə Abdullayevanın 38 yaşı tamam oldu. Bu qısa müddətdə müxtəlif kollektivlərdə hörmət, sevgi qazanmaq hər adamın işi deyil.

“Kristal TV”nin rəhbəri Xəyal Quliyev başda olmaqla, kollektivimiz adından Sizi təbrik edir, şərəfli peşənin layiqli nümayəndəsi olduğunuz üçün təşəkkür edirik.

Vətənimizin gələcəyinin parlaq nümayəndələrini fədakarlıqla böyütdüyünüz və təhsil naminə əməyinizi fəda etdiyiniz üçün  hər şeyin ən yaxşısına layiqsiniz.

Sizə uğurlar və xoşbəxtlik diləyirik.

DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

 


Oxşar xəbərlər