Qeyri-adi libasları və imici ilə gündəmə gəlməyi sevən estrada ulduzu Filipp Kirkorov yenidən tamaşaçıları təəccübləndirib.
"Kristal Tv" Rusiya mediasına istinadən xəbərinə görə, tədbirlərdən birində Kirkorovu tanımaq çox çətin olub.
Müğənni əvvəllər ağ rəngə boyadığı saç və saqqalını qaraldaraq, qeyri-adi bir kostyumda kameraların qarşısına keçib.
"Çılpaq şou"dan sonra tənqid olunub, "inzivaya" çəkilmiş Kirkorov tamamilə dəyişdiyini, başqa birinə çevrildiyini deyərək, yenidən meydanları silkələyəcəyini bildirib.