"Kızıl goncalar"a 9 milyon cərimə

"Kızıl goncalar"a 9 milyon cərimə

Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncalar" serialından "RTÜK"ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) şikayət edilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şura ekran işi ilə bağlı qərarını açıqlayıb.

Bildirilib ki, qurum məzhəblərin və camaatın iç üzünü uydurma şəkildə izah edən serialın "milli və milli mənsubiyyətə" zidd olduğunu əsas gətirərək 9 milyon lirə pul cəzası verilib. Eyni zamanda layihənin yanvarın 8-də olacaq 3-cü bölümünün və növbəti həftədəki bölümünün yerinə sənədli film yayımlanacaq.

Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır.

Oxşar xəbərlər