"Selena" serialında "Yüce Honos" kimi tanınan 90 yaşlı aktyor Kayhan Yıldızoğlu vəfat edəndən sonra sənət yoldaşları cənazə mərasimində iştirak ediblər.
BiG.AZ xəbər verir ki, onlardan biri həmin serialda "Burak" rolunu oynayan Gökhan Keser olub.
"O, türk kinosu və onu tanıyanlar, sevənlər üçün çox önəmli bir ad və xüsusi bir personaj idi. Mən bura gəlib son missiyamızı yerinə yetirmək istədim. Bütün pərəstişkarlarına səbr diləyirəm. Əslində bir-birimizlə çox səhnələrimiz yox idi, amma biz həmişə vaxt keçirirdik. O, öz təcrübələrini bizimlə bölüşərdi. Bacardığım qədər onunla vaxt keçirməyə, ondan öyrənməyə çalışdım.Onunla birlikdə işlədiyim üçün çox xoşbəxtəm və fəxr edirəm" ,- deyə o bildirib.
kristal Tv.net