Doqquzuncu "Gənclər Paytaxtı” Kazan simvolik açarı Şuşaya təqdim edilib

Doqquzuncu "Gənclər Paytaxtı” Kazan simvolik açarı Şuşaya təqdim edilib

İslam Əməkdaşlıq Təşkilatının doqquzuncu "Gənclər Paytaxtı” olan Kazan şəhəri simvolik açarı onuncu “Gənclər Paytaxtı”na - Şuşaya təqdim edilib.

 

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, təqdimat mərasimində, həmçinin Şuşa - İƏT “Gənclər Paytaxtı”nın loqosu da nümayiş etdirilib.

 

Daha sonra qonaqlar milli musiqi və rəqs ansamblının iştirakı ilə konsert proqramını izləyiblər.

 

Qeyd edək ki, “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verilib. İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Beynəlxalq Liderlik və Diplomatiya Konfransı”, “NexGen: Sosial İnnovasiyalar Forumu”, “Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları“ adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində qlobal və milli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.Tədbirlər 3-6 iyun 2024-cü il tarixlərini əhatə edir.

Oxşar xəbərlər