11-15 mart 2024-cü il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə Dəstəsinin (BAXD) beynəlxalq hümanitar əməliyyatlarda fəaliyyətinin genişləndirilməsi və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (İNSARAG) sinifləndirməsinə hazırlanması üzrə tədbirlər çərçivəsində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Təxirəsalınmaz Hallar Departamentinin (AFAD) mütəxəssislərinin iştirakı ilə Bakıda növbəti təlim kursları və məşq keçirilib. FHN-in Akademiyasında keçirilən “Təlimin idarəetmə qrupu – EXCON”, “İNSARAG İdarəetmə sistemi – İCMS” kursları və “Zədələnmiş tikililərin stabilləşdirilməsi” üzrə məşqi AFAD-ın Fəlakətlərə müdaxilə departamentinin baş direktoru doktor Sadi Ergin və AFAD Axtarış-xilasetmə idarəsinin rəisi Kartal Muhçi yaxından izləyib, müvafiq tövsiyyələrini veriblər. Təlim kurslarında və məşqdə iştirak edən mütəxəssislər - AFAD-ın INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrup rəhbəri Berkant Tahsin Ataay, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupun üzvü, BAXD mentoru Haluk Önay Erten, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupun üzvləri Ramazan Yerli və Murat Balcı təlimlərin hazırlanması və koordinasiyası sahəsində beynəlxalq təcrübə, əməliyyatlar üzrə idarəetmə sistemlərindən istifadə qaydaları və imkanları barədə təlim iştirakçılarına ətraflı məlumat veriblər.
- USD : 1.7000
- EUR : 1.9592
- RUB : 2.1249
CANLI
AFAD mütəxəssislərinin iştirakı ilə növbəti təlim kursları keçirildi
- Xəbərlər
- 1 il əvvəl əlavə olunub

Xəbərə aid teqlər:
Oxşar xəbərlər
Son xəbərlər
Polşa Prezidenti elan olunmamış səfərlə Kiyevə gedib
17 gün əvvəlYeni ana olan qadınlar bunları yeməlidir
24 gün əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun