ABŞ-nin müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə birbaşa əlaqə saxlamağın zəruriliyini qeyd edib.

“Kristal Tv” xəbər verir ki, bu barədə müdafiə naziri ABŞ və Çin hərbçiləri arasında dialoqun bərpası ilə bağlı sualı cavablandırarkən brifinqdə deyib.

“Düşünürəm ki, biz dostlarımızla danışa bilməliyik, həm də opponentlərimizlə danışa bilmək bizim üçün vacibdir. Bu kommunikasiya kanallarını açıq saxlamaq vacibdir”, – hərbi qurumun rəhbəri vurğulayıb.

Ostinin sözlərinə görə, onun Şoyqu ilə hətta “olayların qızğın çağında” telefonla danışmaq fürsəti olub.

“Hətta Rusiya və Ukrayna ilə bütün olayların qızğın çağında belə, telefonu götürüb Rusiyanın müdafiə naziri ilə danışmaq imkanım olub. Düşünürəm ki, bu, böhranı idarə etmək üçün davam etdirməli olduğumuz kritik bir qabiliyyətdir. Beləliklə, liderlərin həmin kanalların açıq olmasına əmin olmaq üçün razılıq əldə etmələri, məncə, həqiqi faydadır”, – nazir söyləyib.

Oxşar xəbərlər