Şəmkir şəhər 3 saylı Körpələr Evi - Uşaq Bağçasında Novruz şənliyi

Şəmkir şəhər 3 saylı Körpələr Evi - Uşaq Bağçasında Novruz şənliyi

Şəmkir şəhər 3 saylı Körpələr Evi - Uşaq Bağçasında Novruz şənliyi

 

Şəmkir şəhər 3 saylı Körpələr evi-uşaq bağçasında xalqımızın qədim bayramı olan Novruz bayramı təmtəraqla qeyd olunub. 

Tədbiri giriş sözü ilə açan Körpələr evi-uşaq bağçasının müdiri Günel Məmmədova fidan balaları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət almış qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq və ruzi-bərəkət arzulayıb.

     Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruzla bağlı şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib. 

Qeyd edək ki, Şəmkir şəhərində yerləşən 3 saylı körpələr evi -uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi tədris edilir. 150 yerlik olan müəssisədə balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib.


Oxşar xəbərlər