“Fastfood” yaddaş üçün ciddi təhlükədir

“Fastfood” yaddaş üçün ciddi təhlükədir

“”Fastfood” və un məhsulları yemək yaddaşı zəiflədir”.

Bakues.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova deyib.

Onun fikrincə, həddindən artıq “Fastfood” və un məmulatları yemək yaddaşı zəiflədir:

“Elm adamları hesab edirlər ki, yeniyetməlik dövründə yağlı, şirin və nişastalı qidalardan istifadə olunması yaddaşla bağlı problemləri aradan qaldırmağı mümkünsüz edir”.

O, alimlərin gənc siçovullar üzərində təcrübə apardıqlarını və qeyri-sağlam qidalanma zamanı asetilkolinin azaldığını vurğulayıb. Bu maddə təhsil, təlim, diqqətin konsentrasiyasında iştirak edir və məlumatı kodlamağa kömək göstərir.

Oxşar xəbərlər