Almaniyanın kimya sektoru Qırmızı dənizdə vəziyyətin kəskinləşməsi səbəbindən çətinliklər yaşayır.
“Kristal Tv ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Təsir xüsusilə incə və xüsusi kimyəvi maddələrin istehsalında ixtisaslaşmış orta şirkətlərin seqmentində nəzərə çarpır", - Almaniyanın VCI sənaye təşkilatının iqtisadiyyat üzrə baş eksperti Henrik Meynke bildirib.
O əlavə edib ki, Almaniya kimya şirkətləri xammalı əsasən Asiyadan əldə edir: “İndi Qırmızı dəniz vasitəsilə yükdaşımalar azalıb və bu isə gecikmələrə səbəb olub.