Olimpiadanın rayon (şəhər) turunun nəticələrinə həsr olunmuş görüş keçirildi.
Olimpiadanın rayon (şəhər) mərhələsinin nəticələrinin müzakirəsinə həsr olunmuş geniş tərkibli görüş təşkil olunub. Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, idarə əməkdaşları, məktəb direktorları və fənn müəllimləri iştirak etdilər.
Tədbir çərçivəsində cari ilin nəticələri ötən tədris ilinin göstəriciləri ilə müqayisəli şəkildə təhlil edildi. Fənlər və siniflər üzrə iştirak və nəticə göstəriciləri, mərhələlərarası keçid dinamikası, həmçinin ümumi keyfiyyət dəyişiklikləri ətraflı müzakirə olundu.
Müzakirələr zamanı şagird seçiminin daha sistemli aparılması, məktəbdaxili motivasiya mühitinin gücləndirilməsi, nəticəyönümlü iş mexanizmlərinin tətbiqi və növbəti mərhələyə vəsiqə qazanmış şagirdlərin hazırlıq prosesi müzakirə olundu.
İdarə müdiri Respublika fənn olimpiadasının növbəti mərhələsinə vəsiqə qazanan şagirdlərin hazırlıq prosesi ilə maraqlanıb, müəllimlərə müvafiq tövsiyələr verib.