Qadınlar alimentə görə BOŞANIR? - Deputata SƏRT reaksiya

Qadınlar alimentə görə BOŞANIR? - Deputata SƏRT reaksiya

Millət vəkili Fazil Mustafa deyib ki, qadınlar alimentə görə boşanırlar.
Çox ümid edirəm ki, Fazil bəyin ya sözlərini təhrif ediblər, ya da o, ümumiyyətlə, belə bir şey deməyib. Əslində, millət vəkillərimizin böyük bir qismində bu fikri deyəcək potensial var. Bunu deyəcək vizyonsuzluq və ədalətsizlik var. Amma Fazil bəydə yoxdur. O belə bir şey deməz.

Tribuna.az xəbər verir ki, bu sözləri Norveçdə yaşayan azərbaycanlı yazıçı Günel Mövlud deputat Fazil Mustafanın - "çox vaxt qadınlar ilk uşaqdan sonra aliment almaq üçün boşanır" - fikirləri ilə bağlı deyib.

G.Mövlud F.Mustafanın belə fikirlər səsləndirməsini ondan gözləmədiyini bildirib:
"Biz bir dəstə gənc yazıçı hələ "ikiminlər"də orda-burda tək-tük səhifələrdə yazılarımızı zorla çap etdirəndə, Elçin Əfəndiyev kimi adamlar bizə "lümpenlər" deyəndə, Anar bir dəstə uşağa müharibə elan edəndə, cəmiyyət bizi marginallaşmağa məcbur edəndə Fazil bəy bir siyasətçi kimi bizim yazılarımızı oxuyur, dəstəyini ifadə edirdi.
Bütün bu illər ərzində də yeni fikirlərə, mütərəqqi ideyalara, azad ruha öz dəstəyini, simpatiyasını göstərməyə həmişə davam elədi. Fazil bəy nadir millət vəkillərindəndir ki, oturduğu yerə həqiqətən də layiqdir. Erudit, yüksək mədəniyyət sahibi, sözün, sənətin dəyərini bilən və gücünə inanan insandır. Şəxsən mənəvi dəstək gördüyüm və şəxsən hörmət etdiyim adamdır.
Parlamentin çox yox, otuz nəfəri Fazil bəyin xüsusiyyətlərinə sahib adamlar olsaydı, ölkə indi tamam başqa bir reallıqda yaşayırdı. Qadınların 250 manat alimentə görə ailə dağıtmağa məcbur qalmadığı bir reallıqda…
İlin-günün bu çağında Fazil bəy doğrudan da qadınların 250 manat alimentə görə boşandığını iddia edibsə, onda mən ya buna inanmaqdan imtina edir, ya da Fazil bəyə azadlıq tələb edirəm!".

Oxşar xəbərlər