1995-ci ildən fəaliyyət göstərən Şəmkir şəhər 8 saylı Körpələr Evi - Uşaq Bağçası 2018-ci ildə yeni və müasir binaya köçürülərək balacaların ixtiyarına verilib. Dövlətimizin məktəbəqədər təhsilə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsi olan bu təhsil müəssisəsində hazırda 5 qrup (1 körpələr, 1 orta, 2 böyük qrup) fəaliyyət göstərir və 95 uşaq təlim-tərbiyə alır.
Bağçada 13 nəfərlik peşəkar pedaqoji heyət çalışır. Uşaqların estetik zövqünün və yaradıcılıq qabiliyyətinin inkişafı üçün 2 musiqi müəllimi, sağlamlıqlarının qorunması üçün isə 1 tibb bacısı fəaliyyət göstərir. Müəssisəyə 2024-cü ildən etibarən Kamalova Jalə Eldar qızı rəhbərlik edir. O, öz fəaliyyətində dövlət siyasətinə sadiq qalaraq, körpələrin hərtərəfli inkişafı, təhlükəsizliyi və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparır.
Bu gün bağçada xalqımızın qədim adət-ənənələrindən olan Od çərşənbəsi böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Tonqal ətrafında toplaşan balacalar Novruza həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, milli rəqslər ifa ediblər. Alovun rəmzi mənası – paklıq, yenilənmə və işıq – uşaqlara aşılanaraq onların milli kimlik şüurunun formalaşmasına töhfə verib. Tədbir həm valideynlər, həm də kollektiv tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Bağça rəhbəri Kamalova Jalə Eldar qızı çıxışında məktəbəqədər təhsilə göstərilən yüksək dövlət qayğısına görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O, vurğulayıb ki, məhz dövlət başçısının təhsilə verdiyi önəm nəticəsində bu gün bağçalarda müasir və təhlükəsiz şərait yaradılıb, uşaqların keyfiyyətli təhsil alması üçün hərtərəfli imkanlar təmin olunub.
Eyni zamanda, rəhbərlik etdiyi müddət ərzində daima böyük dəstək göstərən və fəaliyyətə yüksək nəzarət həyata keçirən Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, idarənin diqqət və qayğısı tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, nizam-intizamın və şəffaflığın təmin olunmasına mühüm töhfə verir.
Sonda biz də Kristal TV olaraq çəkiliş üçün yaradılan şəraitə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinə və Şəmkir şəhər Təhsil Sektoruna öz təşəkkürümüzü bildiririk.
Od çərşənbəsinin alovu bu ocaqda böyüyən hər bir fidanın gələcəyinə işıq saçsın!
- USD : 1.7000
- EUR : 1.9592
- RUB : 2.1249
CANLI
Şəmkir şəhər 8 saylı Körpələr Evi - Uşaq Bağçası
- Kristal Tv Reportaj
- 9 saat əvvəl əlavə olunub
Oxşar xəbərlər
Video 150 yerlik bağçada boş yer yoxdur
2 il əvvəl
Son xəbərlər
İran səfiri Almaniya XİN-ə çağırılıb
5 saat əvvəlFoto Prezident ailəsi ilə tonqal ətrafında
5 saat əvvəlAvropa İttifaqının nazirləri Bakıya gəlirlər
1 gün əvvəlTarixi Faktlar
17 gün əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun