Almaniyada yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb - YENİLƏNİB

Almaniyada yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb - YENİLƏNİB

Almaniyanın qərbində yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində ən azı iki nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Hadisə Korşenbroyh yaşayış məntəqəsində (Şimali Reyn-Vestfaliya federal torpağı) baş verib. İdman təyyarəsi yaşayış evinə düşüb, nəticədə evdə yanğın başlayıb.

“Bild” qəzeti yazıb ki, pilot mühərriklə bağlı problem barədə məlumat verərkən təyyarə Mönhenqladbax şəhərinə istiqamət almışdı.

Oxşar xəbərlər