Mühəndislik nədir? Mühəndislik riyazi elmi prinsipləri, yaradıcılıq və təcrübəni istifadə edərək insana faydalı olan məhsulları təbii qaynaqlardan meydana çıxarmaqdır. Mühəndislik altı hissəyə bölünür. Bunlar aşağıdakılardır :
- Təyyarə kosmos mühəndisliyi
- Kimya mühəndisliyi
- İnşaat mühəndisliyi
- Elektrik mühəndisliyi
- Kompüter mühəndisliyi
- Mexanika mühəndisliyi
Kompyuter muhendisliyi nədir?
Komputer mühəndisliyi – elektrik mühəndisliyi və kompüter elmlərinin müxtəlif sahələrini özündə birləşdirən və kompüter sistemlərini yaradan mühəndislik sahəsidir.
Kompüter mühəndisi çiplər, analoq sensorlar, dövrə lövhələri, klaviatura, modemlər və printerlət daxil olmaqla kompüter aparatı və avadanlığının, tətbiqi, dizaynı, işlənməsi və sınaqdan keçirilməsinə cavabdehdir,əsasən proqram təminatı, proqramlaşdırma və alqoritmlə məşğul olur.
Kompüter mühəndislərinin mürəkkəb informasiya sistemlərinin layihələndirilməsi, qurulması, bunların geniş şəkildə tətbiq edilməsi üçün lazım olan hərtərəfli texniki və proqram biliklərinə sahib olmaları vacibdir.
Kompyuter muhendisliyi proqramında daha çox tətbiqi biliklər tətbiq edilir. Yəni ki, tələbə dərslərdə real kodlar yazıb, proqramml kimi inkişaf etmək üçün lazım olacaq təməl biliklərə yiyələnəcək. Sadə dillə deyiləsi olsa komputer mühəndisliyi həm tətbiqi, həm də elektronika ilə əlaqəli ixtisasdır.
Kompüter mühəndisləri proqramlaşdırma dilləri, proqram dizaynı və proqram təminatı – avadanlıq üzrə interqrasiya təhsili alırlar.
Kompüter mühəndisinin vəzifələri nələrdir?
Kompyuter muhendisi, informasiya sistemləri idarəetməsi, kompüter sistemləri analtiki və proqram tətbiqi inkişafı kimi müxtəlif sahələrdə mütəxəssis ola bilər. İş təsviri təcrübə sahəsindən asılı olaraq fərqlənən kompüter mühəndisinin ümumi peşə vəzifələri aşağıdakılardır:
- Mövcud texnologiya və test vasitələrindən istifadə edərək müntəzəm aparat testlərinin aparılması
- Yeni və yenidən qurulmuş anakartlar üçün yoxlama testlərinin aparılması
- Müntəzəm texniki xidmətlərin həyata keçirilməsi və kompüter avadanlıqlarının problemlərini həll edilməsi
- Mövcud kompüter avadanlıqlarının yenilənməsi və yeni texnologiyanın köhnə avadanlıqlara inteqrasiyasl
- Yeni mobil tətbiqlər yaratnaq üçün proqram inkişaf qrupu ilə əməkdaşlıq etmək
- Daxili şəbəkə funksiyaları və hər hansı bir internetə qoşulmuş tətbiqetmənin istifadəsi üçün inzibati işçilərə dəstək vermək
- Potensial hack təhdidkərinin qorunmasını təmin etmək üçün şirkətin bulud saxlama hesablarının yoxlanılması
- Ehtiyacları qabaqlamaq və ehtiyac olduqda ehtiyyat avadanlıqlarl ilə təmin etmək
Kompüter mühəndisi olmaq üçün nə lazımdır?
Kompüter mühəndisi olmaq üçün universitetin dörd illik kompyuter muhendisliyi fakultəsini bakalavr dərəcəsi ilə bitirmək lazımdır.
İşə götürənlər kompüter mühəndisində nələri axtarırlar?
Mükəmməl texniki səriştəyə sahib olması və problem həll etmə bacarıqlarını nümayiş etdirnəsi gözlənilən kompüter mühəndisinin digər keyfiyyətləri aşağıdakı kimi qruplaşdırıla bilər:
- Analitik düşünmə bacarıqlarına sahib olmaq
- Detal yönümlü işləmək və uzun müddət konsentre olmaq
- Yaradıcılığa və tənqidi düşüncəyə sagib olmaq
- Komanda ilə işləmək bacarığı
- İşlədiyi sahə üzrə yenilikləri öyrənməyə həvəsli olmaq
Kompüter mühəndisliyi üzrə məzun olanlar aşağıdakı vəzifələri icra edə bilərlər :
- Şəbəkə mütəxəssisi
- Kompüter təhlükəsizliyi üzrə idarəedicisidi
- İnformasiya emalı üzrə idarəedici
- Sistem təhliledicisi
- Sistem proqramçısl
- Sistem layihələndiricisi
- Verilənlər bazası administratoru
- Tətbiqi proqramçı
Kompüter mühəndisliyində təhsil alan tələbələr müxtəlif əməliyyat sistemlərini, müasir kompüter dillərini və şəbəkələrini öyrənirlər.
Dünyada Kompyuter muhendisliyi tarixi
Kompüter mühəndisliyi şöbəsinin yaradılması 20 – ci əsrdən əvvələ gedib çıxsa da, müasir maşınlar və kompüter mühəndisliyi 20-ci əsrdə inkişaf etmişdi. Bu sahədəki inkişaflar 1920ci-illərdən bəri göstərilmişdi.
Kompüter mühəndisliyi inkişaf etmiş universitetlərində kompüter elmləri kafedrası olaraq adlandırılırdı. Bu yaxınlarda daim inkişaf edəb texnologiyaya ayaq uydurmaq üçün universitetlərdə yeni kurs proqramları ilə robot sistemlərinin proqramlaşdırılmasına başlanaraq kompyuter muhendisliyi bölməsi adlanmağa başladı.