Nazir Vilayət Eyvazov Bərdədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Bərdə şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra Polis Şöbəsinin inzibati binasında Bərdə, Ağdam, Ağcabədi, Şuşa, Laçın, Tərtər, Zərdab şəhər və rayonlarından qəbula gələn 397 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Sonda general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların hərbi hissəsinin sıra meydanında polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Vətən müharibəsinin 37 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 328 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
- USD : 1.7000
- EUR : 1.9324
- RUB : 2.1932
CANLI
Nazir Vilayət Eyvazov Bərdədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
- Xəbərlər
- 3 gün əvvəl əlavə olunub

Xəbərə aid teqlər:
Oxşar xəbərlər
Bu gün “Elm Günü”dür
1 il əvvəl
Son xəbərlər
Kompüter Mühəndisliyi Nədir? Mühəndislik haqqında
9 saat əvvəlTəhsilverənlərin hüquqları aşağıdakılardır:
2 gün əvvəlmaraqlı məlumatlar
2 gün əvvəlArıqlamağın yolları və əsl sirləri
2 gün əvvəlSeda Sayandan yoldaşı ilə yeni foto
2 gün əvvəlTovuzda 66 yaşlı kişi çaya düşərək ölüb
2 gün əvvəl"Müəllimlərimizi Tanıyaq" - Yeganə Şirinova
3 gün əvvəlQanda şəkəri artıran 7 meyvə - Diabetlərə olmaz
3 gün əvvəlRus Dili Oyrenmek Metodları
3 gün əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun