Yeni ana olan qadınlar bunları yeməlidir

Yeni ana olan qadınlar bunları yeməlidir

Yeni ana olan xanımlar mütləqdir ki, düzgün qidalanmalıdır. Bu zaman südün miqdarı və keyfiyyəti artır. Körpənin ilk 6 ayında ana südü ilə qidalanması vacibdir.

Axşam.az körpənin immun sistemini gücləndirən və infeksiyalara qarşı qoruyan ana südü üçün xanımların qəbul etməli olduqları qidaları təqdim edir:

1. Süd və süd məhsullarına əhəmiyyət verin. Zülal və kalsium ehtiyacı üçün hər gün ən az 1 stəkan süd için. (Əgər qaz əmələ gətirirsə, həkiminizlə məsləhətləşin) Pendir, qatıq, yumurta yemək də lazımdır.

2. Gün ərzində 2 - 2,5 litr maye qəbul edin.

3. Yeməklərdə yodlu duz istifadə edin.

4. Şirin ehtiyacınızı quru meyvələr və xurma ilə təmin edin.

5. Hər gün qırmızı (itburnu, çiyələk, qırmızı moruq, nar, qırmızı bibər, zoğal), yaşıl (alça, kivi, avokado, kahı, təzə nanə, şüyüd, turşəng, bibər, ispanaq), narıncı (kök, şaftalı, ərik, manqo, nektar, ananas, limon, qarğıdalı), bənövşəyi (badımcan, çuğundur, böyürtkən, qara moruq, əncir, qara üzüm, gilas, albalı, qara tut, quru üzüm), ağ (banan, alma, armud, heyva, sarımsaq, zəncəfil, göbələk, kartof, ağ turp, kərəviz) rəngdə meyvə və ya tərəvəz yeyin.

6. Allergik vəziyyəti nəzərə alaraq gün ərzində 10-12 ədəd qoz-fındıq və ya badam istifadə edilə bilər.

7. Çörəkotu, küncüt, darçın da süd artırmaq xüsusiyyətinə malikdir.

8. Ət, balıq və toyuq ətindən istifadə edilməlidir.


Kristal Tv

Oxşar xəbərlər