Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb.
Kristal Tv-in məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
1959-cu il təvəllüdlü Ə.Ələkbərov sahədə suvarma işi görmək istəyən zaman anidən halı pisləşib və yaxınlıqdakı çaya yıxılıb.
Köməksiz vəziyyətdə qalan zərərçəkən orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.