“Kristal TV” ilə 3 informasiya agentliyi ilə razılıq əldə olundu
Kristal TV ilə təhsil sahəsi üzrə fəaliyyət göstərən 3 informasiya agentliyi arasında müqavilə bağlandı. Telekanalın Baş direktoru Xəyal Quliyev ilə “Məktəb guşəsi” saytının rəhbəri Məzahir Məmmədli arasında müqavilə imzalanıb. Rəsmi tərəfdaşlıq təhsilə göstərilən diqqətin təzahürüdür. Eyni zamanda hazırlanan informasiyaların qarşılıqlı mübadilə olunması ilə daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Tele-kanal rəhbəri həmçinin “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin rəhbəri Şahin Rəcəbov ilə də rəsmi tərəfdaşlıqla bağlı razılığa gəliblər.
Bundan başqa, “Kristal TV” ilə Təhsilmedia.az xəbər agentliyi arasında da müqavilə bağlanıb. Televiziya rəhbəri ilə xəbər agentliyinin təsisçisi Sakit Muradovun əldə etdiyi razılaşmaya əsasən, informasiya mübadiləsinin intensivləşdirilməsi istiqamətində işlərə start verilib.
Beləliklə, yayımında əsasən, təhsil sahəsinə xüsusi yer ayıran, təhsilverənlərlə sıx əməkdaşlıq edən “Kristal TV”nin bundan sonra hazırlanan layihələri və tədbirlər qeyd olunan qurumlar tərəfindən də işıqlandırılacaq.
Qeyd edək ki, “Kristal TV” bundan öncə Təhsil Forumu.az saytı ilə rəsmi tərəfdaş kimi müqavilə bağlayıb.