İsrailin Baş naziri Binyamin Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda iştirak edən qrupu məsləhətləşmələrin İsraildə davam etdirilməsi üçün Qətərdən geri çağırıb.
“Kristal Tv ” xəbər verir ki, bu barədə “The Times of Israel” hökumət başçısının mətbuat xidmətinin bəyanatına istinadən bildirir.
"Biz Qətər və Misirdən olan vasitəçilərin, eləcə də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun danışıqlarda irəliləyişə nail olmaq üçün göstərdikləri səyləri qiymətləndiririk", - bəyanatda qeyd olunub.