Rusiyanın Amur vilayətində baş verən təyyarə qəzasından sonra müstəntiqlər "Anqara" aviaşirkətində və hava limanında axtarışlara və sənədlərin müsadirəsinə başlayıb.
“Kristal Tv” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"Rusiya İstintaq Komitəsinin əməkdaşları Amur vilayətində təyyarə qəzasının baş verdiyi ərazidə işləyir, hava nəqliyyatı təşkilatlarında axtarış və sənədlərin müsadirəsini həyata keçirirlər", - o qeyd edib.
Qeyd edək ki, bu gün "Anqara" aviaşirkətinə məxsus “An-24” sərnişin təyyarəsi Amur vilayətinin Tında hava limanında qəzaya uğrayıb. Müxtəlif məlumatlara görə, təyyarədə ekipaj da daxil olmaqla 46-49 sərnişin olub. İstintaq Komitəsi bütün sərnişinlərin həlak olduğunu təsdiqləyib.
Təyyarə qəzası ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib və üç günlük matəm elan olunub.