Tailandla münaqişə səbəbindən Kamboca sərhədyanı ərazilərdən 5 min nəfəri təxliyə edib - YENİLƏNİB-5

Tailandla münaqişə səbəbindən Kamboca sərhədyanı ərazilərdən 5 min nəfəri təxliyə edib - YENİLƏNİB-5

Kamboca hakimiyyəti cümə axşamı gecə baş verən döyüş toqquşmaları ilə əlaqədar Tailandla sərhəddə yerləşən Oddarmeantyey əyalətindən təxminən 5 min nəfəri təxliyə edib.

 

“Report”un məlumatına görə, bu barədə “The Straits Times” xəbər verir.

 

"Biz yerləşdirmə üçün münasib infrastruktur hazırlamışıq və təxliyə olunanları əvvəlcədən seçilmiş kənd və icmalar arasında bölüşdürmüşük. Orada 24 saat qalmaq üçün çadırlar, elektrik, təmiz su, duş və tibb komandaları var", - nəşr Kamboca hökumətinin nümayəndəsinin sözlərini gətirir.

 

Təxliyə Tailandla sərhəd boyunca yerləşən 12 kənddən 1,5 min ailəni əhatə edib.

 

Öz növbəsində, Tailandın səlahiyyətli baş naziri Phumtam Vechayachai bildirib ki, hakimiyyət Kamboca ilə həmsərhəd olan Buriram, Surin, Sisaket və Ubonratchathani əyalətlərinin sakinlərinə sərhəddən ən azı 50 km uzaqlaşmağı tapşırıb.

 

Kamboca və Tailand arasında münasibətlər mayda hər iki ölkənin özününkü hesab etdiyi ərazidə baş verən toqquşmalarda kambocalı əsgərin ölümündən sonra gərginləşib. Cümə axşamı atəş mübadiləsi Tailand ordusunun beş əsgərinin xəsarət aldığı Kamboca minasının partlaması ilə əlaqədar başlayıb.

Oxşar xəbərlər