Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti qolunu vurub.
"Report"un məlumatına görə, 26 yaşlı hücumçu "Rudes"ə qarşı keçirdikləri çempionatın IX tur oyununda fərqlənib.
Emreli 38-ci dəqiqədə komandasının ikinci qoluna imza atın.
Qeyd edək ki, matçda ilk hissə başa çatıb və "Dinamo" 2:0 hesabı ilə öndədir.