Xərçəng xəstəliyinin irsi növləri açıqlanıb

Xərçəng xəstəliyinin irsi növləri açıqlanıb

Rusiyanın tanınmış onkoloqu Yuliya Şubina xərçəng xəstəliyinin irsi növlərini açıqlayıb.

 

Bu barədə “Kristal Tv ” yerli mətbuata istinadən xəbər verir.

 

Həkimin sözlərinə görə, xərçəng yalnız bədxassəli şişlərin bir növü deyil. O, qeyd edib ki, xəstəliyin bəzi növləri valideynlərdən də uşaqlara ötürülə bilər.

 

"Məsələn, döş, yumurtalıq, medullyar xərçəng və bağırsaq xərçəngi xəstəliyinin bəzi növləri buna aiddir", - onkoloq deyib.

 

Həkim profilaktiki tədbir olaraq anaları və ya nənələri adları qeyd edilən onkoloji xəstəlik növlərinə tutulmuş qadınlara yumurtalıq və döş xərçəngi inkişafının genetik riski üçün analiz verməyi tövsiyə edib. Onun sözlərinə görə, qalxana bənzər vəzi xərçəngi kalsitonin hormonunun analizi ilə üzə çıxa bilər və kolonoskopiyadan müntəzəm keçdikdə potensial bağırsaq patologiyasını aşkarlamağa kömək edəcək

Oxşar xəbərlər