Qazax–Tovuz Regional Təhsil İdarəsində vətəndaş məmnunluğu ilə yadda qalan növbəti qəbul keçirilib

Qazax–Tovuz Regional Təhsil İdarəsində vətəndaş məmnunluğu ilə yadda qalan növbəti qəbul keçirilib

Qazax–Tovuz Regional Təhsil İdarəsində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Görüş zamanı müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ və qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitdən, səmimi münasibətdən və müraciətlərinə həssas yanaşmadan razılıqlarını ifadə ediblər.

Vətəndaşlar qəbul prosesinin mütəmadi və şəffaf şəkildə təşkil olunmasını yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Qazax–Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayon və şəhərlərində yaşayan və fəaliyyət göstərən vətəndaşların iştirak etdiyi bu cür qəbullar hər həftə davamlı olaraq keçirilir və təhsil sahəsində vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.


Oxşar xəbərlər