Hörmətli izləyicilər !
Sentyabrın 13-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.
Qəbulda idarə müdiri ilə bərabər Ağstafa, Qazax, Tovuz, Gədəbəy və Şəmkir rayonları üzrə təhsil sektorlarının müdirləri və əməkdaşları iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənildi və həlli üçün müvafiq tapşırıqlar verildi.
Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu davamlı olaraq keçirilir.
Bizdə öz növbəmizdə bu cür tədbirlərin davamlı keçirilməsinin tərəfdarıyıq. Bu cür tədbirlər bir başa vətəndaş və dövlət arasında olan münasibətlərin daha yaxşı qurulmasına, yaranmış problemin həlli istiqamətində görüləcək işlərin əhəmiyyətini və nəticələrini öncədən düşünməyə imkan verir. Biz kristal Tv olaraq daima Qazax-Tovuz Regional Təhsil İdarəsinin bu cür tədbirlərin davamlı keçirilməsi görür və alqışlayırıq.