Deputatlığa namizəd Əmrah Həsənli

Deputatlığa namizəd Əmrah Həsənli

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Milli Məclisə sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasının keçirilməsinə başlayıblar. Sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək 54 saylı Mingəçevir seçki dairəsindən namizədliyi qeydə alınmış Əmrah Həsənli təbliğat planına uyğun olaraq Mingəçevir şəhər  N.Nərimanov küçəsi 39 ünvanı və H.Əliyev prospekti 70 ünvanında yaşayan sakinlərlə görüşüb. Əmrah Həsənli görüşə gələn sakinləri salamladıqdan sonra şəhər sakinlərinə öz platformasından danışıb. Daha sonra sakinlər ilə Əmrah Həsənli arasında səmimi söhbət olub. Sakinlər onları maraqlandıran sualları verərək Mingəçevir şəhərinin qayğılarından danışıblar. Qərargahından verilən məlumata görə sentyabr ayının 1 də Milli Məclisə keçiriləcək seçkilərdə 54 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Əmrah Həsənli təbliğat planına uyğun olaraq 10.08.2024-cü il tarixində H.Əliyev prospekti 80/ 25 ünvanında yaşayan sakinlərlə (keçmiş müəsissə yataqxanasi ərazisi) görüş keçiriləcək. 

Əziz seçicilərimiz, sizlərin hər birinizi bu görüşə dəvət edirik. Buyurun gəlin DÜZGÜN SEÇİM GƏLƏCƏYİMİZİN TƏMİNATIDIR!



Oxşar xəbərlər