"Ötən ilin sentyabrında baş verən zəlzələ nəticəsində evimiz qəzalı vəziyyətə düşdü. Bundan sonra biz çadırla təmin olunduq. Amma bu yağışlı və soyuq günlərdə çadırda yaşamaq çox çətindir".
Xəbərə görə, bu şikayətlə "Qafqazinfo"ya Kürdəmir rayonunun Yeni Şıxımlı kənd sakini İsrayıl Qəribov müraciət edib. 6 nəfərdən ibarət ailəsi ilə çadıra sığındığını bildirən vətəndaşın sözlərinə görə, artıq burada qalmaq mümkünsüzdür: "Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən çadırla təmin olunduq. Amma bütün qışı burada çox çətinliklə yaşadıq. Soyuq qış günlərini 2 azyaşlı uşaqla burada qalmaq çox əziyyətli oldu. Özüm şəkər xəstəsiyəm. Ürəyimdən də əməliyyat olunmuşam. Vəziyyətimiz çox ağırdır. Yağan yağışlar çadırın içinə dolur".