ABŞ bu həftə Ukraynaya mübahisəli kaset sursatlarının göndəriləcəyini elan edə bilər.
"Report" bu barədə "CBS News"a istinadən xəbər verir.
Amerika rəsmiləri bildiriblər ki, bu, rus qoşunlarına qarşı əks-hücum zamanı sursata olan tələbatı ödəyəcək.
Kaset sursatları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.
Qeyd edək ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. Bununla belə, nə Rusiya, nə də Ukrayna sənədi imzalamayıb.