Türkiyənin məşhur müğənnisi Aleyna Tilki oteldən qovulub.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 23 yaşlı Tilki 6 dostu ilə Cihangirdə yerləşən otellərin birində əyləncə təşkil edib.
Gecə saat 2-də başlayan əyləncə çox səs-küy olduğu üçün qonşuları narahat edib.
Xəbərdarlıqlara məhəl qoymayan müğənni əylənməyə davam edib.
Ətrafdakı insanların məkan sahibinə şikayəti nəticəsində məşhur müğənninin otağını boşaltması istənilib.
İddiaya görə, Tilki otel sahibinə "pulunu ödəmişəm" deyib.
Qısa münaqişədən sonra Aleyna Tilki dostları ilə birlikdə oteli tərk etmək məcburiyyətində qalıb.