2025 M05 10, Sat

Avropa çempionatı: Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər

Avropa çempionatı: Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər

Azərbaycanın 18 yaşadək oğlanlardan və qızlardan ibarət basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matçlarını keçirəcəklər.

 

“Kristal  Tv ” xəbər verir ki, hər iki komandanın rəqibi Ermənistanın müvafiq yaş qruplarından ibarət yığmaları olacaq.

 

Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət yığma ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.

 

Azərbaycanın oğlanlardan ibarət U-18 millisinin B qrupunda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər. Bu qələbə komandanı yarımfinala daşıyıb.

 

Qeyd edək ki, qızlardan ibarət millinin oyununa bu gün, Bakı vaxtı ilə 16:30-da start veriləcək. Oğlanlardan ibarət yığma isə 18:00-da meydana çıxacaq.

Oxşar xəbərlər