5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.
- USD : 1.7000
- EUR : 1.9706
- RUB : 2.1920
CANLI
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması
- Xəbərlər
- 12 saat əvvəl əlavə olunub
Oxşar xəbərlər
Yüz illik hərbi qadağa LƏĞV EDİLDİ
2 il əvvəl
Son xəbərlər
Kamran Əsədovun məhkəməsi davam etdirilib
9 saat əvvəlAzərbaycan Kuboku: "Turan Tovuz" yarımfinala yüksəldi
11 saat əvvəlAzərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması
12 saat əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun