Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirib.

"kristal Tv" xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:1 (25:16, 25:12, 23:25, 25:16) Bakıda reallaşan ilk matçda 0:3 hesabı ilə uduzan Şuşa klubu mübarizəni dayandırıb.

Qeyd edək ki, “Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).

Oxşar xəbərlər