Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Nazirlikdən Kristal Tv bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1961-ci il təvəllüdlü Məmmədov Nizam Cəlil oğlu ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
- USD : 1.7000
- EUR : 1.9592
- RUB : 2.1249
CANLI
Bakıda yaşayış binasının damında köməksiz qalan vətəndaş xilas edilib
- Xəbərlər
- 12 ay əvvəl əlavə olunub

Xəbərə aid teqlər:
Oxşar xəbərlər
Bəzi çaylardan sel keçib - FAKTİKİ HAVA
11 ay əvvəl
Son xəbərlər
Abunə ol
Xəbərləri ilk siz oxuyun