Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub - YENİLƏNİB

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub - YENİLƏNİB

Bakıda 8 Noyabr - Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub.

 

"Report" xəbər verir ki, Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.

 

Bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

 

19:17

Bakıda 8 Noyabr - Zəfər Günü ilə bağlı bayram konserti başlayıb.

 

"Report" xəbər verir ki, bayram konserti Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında keçirilir.

 

Konsertin ardınca atəşfəşanlıq təşkil olunacaq.

 

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb.

 

Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Oxşar xəbərlər