Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Dekabrın 14-də, saat 12:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 5) Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Kristal tv"ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şəmkir Ərazi İdarəsinə (telefon: 051 9162418, elektron ünvan: [email protected] ) və Tovuz Ərazi İdarəsinə (telefon: 055 223 14 29, e-poçt: [email protected]) 12 dekabr saat 18:00-a qədər müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər