Daşkənddə türk dünyasının dahi oğlu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb.
"KristalTv" xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində birgə yüksək texnologiyalı əməliyyatlar, təlimlər, minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə müzakirələr keçiriləcək.
Müzakirə zamanı səhiyyə sisteminin rəqəmsallaşdırılması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və elmi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Dekadaya oktyabrın 11-də yekun vurulacaq.