Əksər avtomobillər ucuzlaşacaq

Əksər avtomobillər ucuzlaşacaq

Nazirlər Kabinetinin məlum qərarından sonra artıq “Toyota Prius” avtomobillərinin kütləvi satışı başlayıb.

Xəbərə görə, bu barədə sosial şəbəkələrdə,  elan saytlarında çoxsaylı elanlar yerləşdirilib. Belə ki, istehsal ili 15 ildən yuxarı olan sözügedən model avtomobillər taksi park sahibləri tərəfindən satışa buraxılıb. Həm də, bu avtomobillər əvvəllər 13-14 minə təklif olunurdusa, artıq yeni qərardan sonra qiymətlər demək olar ki, yarıbayarı düşüb. Bununla bağlı ortaya çıxan mövzulardan biri də həm yanacaq sərfiyyatı əlverişli olan, həm də komfort sayılan “Prius”ların ucuzlaşmasının digər avtomobillərin qiymətinə təsir etməsidir.

Oxşar xəbərlər