Estoniyada Baş nazir Kallasla bağlı qalmaqal yaşanıb

Estoniyada Baş nazir Kallasla bağlı qalmaqal yaşanıb

Estoniyanın Baş naziri Kaya Kallas ilə ölkənin keçmiş baş naziri, Avropa Parlamentinin (AP) üzvü Andrus Ansip arasında qalmaqal yaşanıb.

 

Kristal Tv “Report” -a istinadən xəbər verir ki, Kallas Ansipə açıq məktub göndərərək ondan AP-yə növbəti seçkilərdə namizəd kimi iştirak etməməsini xahiş edib.

 

Belə ki, Baş nazir Avropa Parlamentinin deputatını AP-dəki vəzifəsindən yalnız hökumətin işini daim tənqid etmək üçün istifadə etməkdə ittiham edib.

 

“Siz evdə olarkən də partiyanı, hökuməti və məni tənqid edə bilərsiniz. Qoy Avropa Parlamentinə Estoniyanın maraqlarını müdafiə etməyə hazır olanlar namizəd olsunlar”, – Kallas yazıb.

 

Ansip cavab olaraq məktubun məzmununun onun üçün heç də təəccüblü olmadığını bildirib. Keçmiş baş nazir onu da söyləyib ki, o, Estoniya iqtisadiyyatının və xalqının rifahının tənəzzülünü səssizcə izləmək niyyətində deyil və öz fikirlərinə sadiq qalmağa davam edəcək.

 

“Estoniyanın etibarlı hökumət başçısına ehtiyacı var. Onun təhlükəsizliklə bağlı hazırkı vəziyyətdə olmaması təhlükəsizliyə təhdid yaradır”, – Ansip vurğulayıb.

 

O qeyd edib ki, martın sonunda Avropa Parlamentinə namizəd olub-olmayacağına qərar verəcək.

Oxşar xəbərlər