Filippinin sahilində 7,5 maqnitudalı zəlzələ olub.
“Kristal Tv” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.
Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 10,6 min nəfər olan Taqbin bələdiyyəsindən 19 km şimal-şərqdə olub. Təbiət hadisəsinin ocağı 63 km dərinlikdə yerləşib.
ABŞ-nin sunami xəbərdarlığı sistemi təhlükə barədə xəbərdarlıq edib.