Əziz izləyicilər. Gəncə Daşkəsən Regional Təhsil idarəsinin rəsmi məlumatını sizlərə təqdim edirik. Bizdə "KristalTv"olaraq uğur qazanan məzunlarımızı təbrik edirik. Təbii ki, hər bir uğurun arxasında gərgin əmək var. Regional Təhsil idarələri yarandığı ilk gündən bu yana ölkə üzrə istənilən məktəb və məktəbəqədər təhsil müəssisələrində ciddi nizam-intizam yaradılmış və qarşıya məqsəd yönümlü tapşırıqlar qoyulmuşdur ki, bu da öz uğurlu nəticəsini göstərməkdə davam edir. Hər ötən gün təhsilin uğurlu inkişafında, davamlı və dayanıqlı addımlar atan Gəncə Daşkəsən Regional Təhsil İdarəsidə bu işdə birincilər siyahısındadır.
Gəncə şəhərində məktəbin iki sinfinin bütün məzunları tələbə adını qazanıb.
Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin XIa və XIb sinfinin bütün məzunları tələbə adını qazanıblar.
Məzunlardan 6 nəfəri 600 baldan, 2 nəfəri isə 650 baldan yüksək nəticə göstərib.
Məzunlarımızı təbrik edir, uğurlar arzulayırıq.
Biz də öz növbəmizdə bütün məzunlara gələcək həyatlarınrda uğurlar arzu edirik.