Hazır bulyonlar orqanizmə necə təsir edir?

Hazır bulyonlar orqanizmə necə təsir edir?

Yeməkləri daha ləzzətli etmək üçün bəzi əlavələrdən - hazır bulyonlardan istifadə olunur.

 

Kimisi üçün ləzzət, kimisi üçün təhlükə mənbəyi olan bu bulyonlara münasibət birmənalı deyil.

 

Hazır bulyonların orqanizmə təsirinə gəldikdə isə mütəxəssislər bu məhsullardan istifadəni məqsədəuyğun saymırlar.

 

Həkim Abbas Bağırov bildirib ki, bulyonlar çox ciddi təhlükəli xassəyə malikdirlər:

 

"Bulyonların içərisinə vurulmuş ədviyyatlar və digər konservantlar həm qaraciyərin işini çətinləşdirir, həm də həzm sistemində fermentativ reaksiyaların normal getməsinə çox ciddi təhdid yaradır. Digər tərəfdən qan və damar sistemində tıxacların əmələ gəlməsinə ciddi zəmin yaradır. Bulyonların tərkibinə müəyyən qatqılar əlavə olunur. Bu isə mərkəzi sinir sisteminə çox ciddi zərər verir".

 

Daha ətraflı Baku TV-nin süjetində:


Oxşar xəbərlər