Los-Anceles meriyası şəhərdə tüğyan edən yanğınlar fonunda insanlara kömək etmək əvəzinə, siyasəti ön plana çıxarıb.
Kristal Tv xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Maskın “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
Maskın fikrincə, şəhər meri Karen Bass şəhərdə kommunikasiyaların bərpasında mümkün köməkdən imtina edib və buna görə də istefa verməlidir.
“Daily Mail” qəzetinin məlumatına görə, şəhərdəki yanğınlar başlamazdan bir həftə əvvəl, Bass yanğınsöndürənlər üçün büdcəni 49 milyon dollar azaltmaq tələbini irəli sürmüşdü və bu, 16 yanğınsöndürmə stansiyasının bağlanmasını nəzərdə tuturdu.